GƏNCƏ, 19 avqust. TELEQRAF

Gəncə Şəhər Prokurorluğu qətl hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.

Prokurorluqdan Teleqraf-a verilən məlumata görə, avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan K.N.-nin (şərti) öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan R.B.-nin (şərti) șəhərin Dəmiryolu vağzalı ərazisində mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N.-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

19.08.25

22:36

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

21:48

Gəncə şəhərində qətl hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2010-cu il təvəllüdlü Tunar Məmmədov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

15 yaşlı yeniyetmə dəmiryolu ərazisində bıçaqlanmış vəziyyətdə tapılıb. Əməliyyat edilən T. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, onu tanıdığı şəxs qətlə yetirib.

Faktla bağlı Gəncə şəhər Baş Prokurorluğunda araşdırma başlanılıb.