TOVUZ, 17 avqust. TELEQRAF

Tovuzda baş vermiş yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, maşınla vurulan piyada Yuxarı Öysüzlü kənd sakini 1975-ci il təvəllüdlü Elbrus Qarayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

***

23.00

Tovuz rayonunda daha bir piyadanı maşın vurub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Yuxarı Öysüzlü kənd sakini 1975-ci il təvəllüdlü Elbrus Qarayevi maşın vurub.

Adıçəkilən şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.