BAKI, 13 avqust. TELEQRAF
Oğuzda elan saytlarında vətəndaşları aldadan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf-a bildirilib ki,
28 yaşlı Orxan Hüseynov ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.