BAKI, 12 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonunun Qılınclı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf-a verilən məlumata görə, qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Daewoo” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

08:58

KƏLBƏCƏR, 12 avqust. TELEQRAF

Kəlbəcər rayonunda yük avtomobilinin dərədən aşması nəticəsində bir nəfər ölüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb.

İlkin məlumata görə, yük avtomobilinin sürücüsü 1967-ci il təvəllüdlü Söhrab Süleymanov vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.