GƏNCƏ, 9 avqust. TELEQRAF

Gəncənin Gülüstan qəsəbəsində iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Emin Məmmədov və 2001-ci il təvəllüdlü Röyal Rüstəmov bıçaqlanıb.

Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.