AĞDƏRƏ, 9 avqust. TELEQRAF
Ağdərədə yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində baş verib.
Qəza zamanı Tərtər rayon Şıxarx qəsəbəsi sakini Tofiq Qəhrəmanov müxtəlif dərəcəli xəsarət alaraq Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.