BAKI, 9 avqust. TELEQRAF
Türkiyədə qırmızı xətlə yerli və beynəlxalq axtarışda olan 11 nəfərin ölkəyə ekstradisiya olunub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya rəsmi X hesabında yazıb.
Nazir cinayətkarlardan səkkizinin Türkiyəyə Gürcüstandan, qalan üçünün isə Monteneqro, İsveç və Yaponiyadan gətirildiyini açıqlayıb.
Bu şəxslər müxtəlif ağır cinayətlərdə ittiham olunurlar.