GƏNCƏ, 9 avqust. TELEQRAF

Gəncədə 24 yaşlı şəxsə xəsarət yetirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə gecə saatlarında, restoranlardan birinin qarşısında baş verib.

2001-ci il təvəllüdlü Vüsal Rüstəmov bədənin müxtəlif nahiyyələrinin kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb.

Polis onun hansı şəraitdə və kim tərəfindən xəsarət almasını araşdırır.