AĞSTAFA, 6 avqust. TELEQRAF
Ağstafa rayonunun Eynallı kəndində avtomobillə vurularaq ölən şəxsin kimliyi bilinib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, vəfat edən 1995-ci il təvəllüdlü Rüfanə Tağıyevadır.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma başlanılıb.
***
08:43
Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Eynallı kəndində qeydə alınan hadisə zamanı yolu keçmək istəyən piyadanı maşın vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir.