ŞABRAN, 3 avqust. TELEQRAF
Şabran rayonunun Dəvəçi kəndində açıq ərazidə yanğın baş verib.
Teleqraf xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində yol kənarında 2 ha sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***
22.43
Şabran rayonunda güclü yanğın baş verib.
Teleqraf xəbər verir ki, alov Bakı–Quba avtomagistralının yaxınlığında baş qaldırıb.
Sosial şəbəkələrdə yanğının videosu paylaşılıb.
Teleqraf həmin görüntüləri təqdim edir: