AĞDAŞ, 3 avqust. TELEQRAF
Ağdaş rayonunda yol qəzası baş verib.
Teleqraf-ın Mərkəzi Aran Bürosu xəbər verir ki, hadisə rayon mərkəzində Heydər Əliyev prospektində baş verib.
Məlumata görə, "BMW" və "VAZ 21099" markalı avtomobillərinin toqquşması zamanı baş nahiyəsindən xəsarət alan 1959-cu il təvəllüdlü rayon sakini Gilə Məmmədova xəstəxanaya çatdırılıb. Yaralanan qadın "VAZ" markalı maşında olub.
Faktla bağlı araşdırma aparılır.