İMİŞLİ, 2 avqust, TELEQRAF
İmişlidə iki yük maşını və bir minik maşını toqquşması nəticəsində 3 nəfər ölüb 1 nəfər ağır xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə İmişli rayonunun Qaralar kəndi ərazisində baş verib.
Qəza zamanı İmişli rayonu Çahar kənd sakini, 1964-cü il təvəllüdlü Cəfərov Vidadi Cəfər oğluna məxsus “VAZ-21099” markalı avtomobil, İmişli şəhər sakini, 1993-cü il təvəllüdlü Şirəliyev Vahid Vaqif oğluna məxsus “MAN” markalı yük maşını və “Ford” markalı yük maşını toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü Cəfərov Vidadi Cəfər oğlu və sərnişinlər - Çahar kənd sakinləri 1964-cü il təvəllüdlü Cəfərova Gülbəniz İxtiyar qızı və 1956-cı il təvəllüdlü Abbbasova Vilayət İbiş qızı ölüb. Ölən şəxslərin meyitləri müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon Şöbəsi üzrə təhvil verilib.
Hadisə zamanı xəsarət alan Samirə Cəfərova isə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.