MİNGƏÇEVİR, 1 avqust. TELEQRAF
Mingəçevirdə maşın yolu keçmək istəyən piyadanı vurub.
Teleqraf-ın Mərkəzi Aran Bürosunun verdiyi xəbərə görə, hadisə az öncə Heydər Əliyev prospektində, Sənaye Parkının önündə baş verib.
"Opel” markalı avtomobil qəfil yolun hərəkət hissəsinə çıxan 67 yaşlı şəhər sakini Əntiqə Əhmədovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma başlanıb.