BAKI, 31 iyul. TELEQRAF
Bakıda ağır qəza hadisəsi olub.
“Teleqraf” xəbər verir ki, hadisə Xətai rayonunda, Sarayevo küçəsində, keçmiş "Bakı" kinoteatrının qarşısında baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Qasımov Nurlan Şiraslan oğlu idarəetməsində olan motosikletlə hərəkətdə olarkən avtomobilə çırpılıb.
Qəza nəticəsində motosikletin sürücüsü N.Qasımov xəsarət alıb.
Motosikletdəki sərnişin - onun əmisioğlu Siyruz Qasımov isə hadisə yerində dünyasını dəyişib.
Yaralı N.Qasımov Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hazırda fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.