ŞƏMKİR, 29 iyul. TELEQRAF

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarənın keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Əliyevə və K. Əliyevə kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Teleqraf xəbər verir ki, bu şəxs Ehtiram Hüseynovdur.

***

07.39

Şəmkir rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən insident baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov münaqişə zəminində 2005-ci il təvəllüdlü Kazım Əliyevə və onun əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyevə əl və qol nahiyyəsindən bıçaqla xəsarət yetirib.

Hər iki şəxsin vəziyyəti stabildir.

İlkin məlumata görə, taksi sürücüsü olan E. Hüseynovla əmioğlanları arasında mübahisə düşüb. Nəticədə əlbəyaxa dava baş verib.

Faktla bağlı araşdırma başlanılıb.