LƏNKƏRAN, 28 iyul. TELEQRAF
Lənkəranda təcili tibbi yardım avtomobilinin iştirakı ilə baş verən qəzada iki nəfər xəsarət alıb.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, iyulun 28-də, saat 19:25 radələrində Lənkəran rayonunun Səpnəkəran kəndindən təcili tibbi yardıma çağırış daxil olub. Çağırışa cavab olaraq həkim briqadası – sürücü Samir Rüstəmov və feldşer Səfail Fərəcovla birlikdə hadisə yerinə yollanıb.
Lakin Velədi kəndi ərazisindən keçən köhnə Ələt-Astara magistralında təcili yardım avtomobili ilə 1962-ci il təvəllüdlü Zakir Hüseynağa oğlu Müslümovun idarə etdiyi “Hyundai SantaFe” markalı minik avtomobili toqquşub. Zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.
Nəticədə "Hyundai SantaFe"nin sürücüsü Z.Müslümov və onun avtomobildə olan həyat yoldaşı – 1969-cu il təvəllüdlü Ülkər Həsənağa qızı Müslümova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər.
İlkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb “Hyundai SantaFe”nin təcili yardım avtomobilinin qarşısına qəfil çıxması olub.
Qeyd edək ki, qəzada xəsarət alan sürücü Z.Müslümov özü də həkimdir.
Faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri ekspertiza və istintaqın nəticəsində məlum olacaq.
***
21.39
Lənkəranda çağrışa gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
Hadisə barədə Teleqraf-ın Cənub bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.
Məlumata görə, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağırışa gedən təcili tibbi yardım avtomobili yolda hərəkətdə olarkən “Hyundai SantaFe” markalı minik avtomobili ilə toqquşub.
Qəzanın səbəbləri və mümkün xəsarət alanlar barədə əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.

Lənkərandakı qəznın təfərrüatları bəlli oldu