BƏRDƏ, 28 iyul. TELEQRAF
Bərdədə 61 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mollalılar kəndinə baş verib.
Kənd sakini Feruz Salahov həyətdə təmir işləri apararkən onu elektrik cərəyanı vurub. F.Salahov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.