TOVUZ, 28 iyul. TELEQRAF
Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza rayonunun Düz Çırdaxan ərazisində yol qovşağında baş verib.
Qazax rayonundan Tovuz istiqamətinə hərəkət edən "Mersedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək hündürlükdə yerləşən qovşağı dönərkən aşıb.
Nəticədə, 1966-cı il təvəllüdlü Asiya Əzizova, Qəribə Yusifova (1971) və Vüsalə Yusifova (1994) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirlib. Vəziyyətləri orta-ağırdır.
Xatırladaq ki, xəsarət alanlar Qazax rayonundandır.