YEVLAX, 27 iyul. TELEQRAF

Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib.

Teleqraf-ın xəbərinə görə, qətil hadisəsi Yevlax şəhər ərazisində baş verib.

Şəhər sakini 1962-ci il təvəllüdlü İlham Mirzəyev həmyerlisi tərəfindən mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Habil Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.