BAKI, 26 iyul. TELEQRAF
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf-a verilən məlumata görə, tədbir zamanı S. Qurbanova saxlanılıb. Onun Xanlıqlar kəndi ərazisində yerləşən torpaq sahəsindən çətənə kolları aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.