GƏNCƏ, 24 iyul. TELEQRAF

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

1989- cu il təvəllüdlü Ayaz Məmmədovu avtomobil vurub.

Xəstəxanaya çatdırılan şəxsin vəziyyəti ağırdır.

Məlumat üçün bildirək ki, A. Məmmədov Vətən müharibəsi qazisidir.

Faktla bağlı araşdırma başlanılıb.