ŞƏMKİR, 22 iyul. TELEQRAF

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

1965-ci il təvəllüdlü Namiq Məmmədovu "VAZ 2106" markalı maşın vurub. Sürücü müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.