BAKI, 22 iyul. TELEQRAF
Hindistanda xokkeyçi qız dörd məşqçisi tərəfindən təcavüzə məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.
Hadisə baş verən gün 15 yaşlı məktəbli yerli stadionda oynayırmış. Zərərçəkmiş bildirib ki, məşqdən sonra dörd məşqçi onu kiçik, ayrı bir binaya apararaq zorlayıblar.
Qız müqavimət göstərsə də, kişilər onu hədələyərək heç kimə heç nə deməməsini tələb ediblər.
Lakin zərərçəkmiş polisə müraciət edib.
Məşqçilər saxlanılıb. Təqsirləndirilən şəxslərin hamısının 30-dan yuxarı yaşları var.