GORANBOY, 21 iyul. TELEQRAF

Goranboy rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində baş verib.

Bakı şəhərinə hərəkət edən "Mercedes" markalı avtomobilin maneəyə çırpılması nəticəsində Sumqayıt şəhər sakinləri 1979-cu il təvəllüdlü Şöhrət Əliyev və onun bacısı 1973- cü il təvəllüdlü Maya Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ş.Əliyevin vəziyyəti daha ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.