GƏNCƏ, 21 iyul. TELEQRAF
Gəncə şəhərində qonşular arasında düşən dava zamanı usta xəsarət alıb.
Teleqrafın yerli bürosu xəbər verir ki, hadisə şəhərin M.Müşfiq küçəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Rauf Bağırov daş hasarı hörərkən işlədiyi ev sahibi ilə qonşu arasında mübahisə yaranıb.
Nəticədə qonşu daşla sözügedən şəxsin başına zərbə endirib. R.Bağırov yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.