MİNGƏÇEVİR, 19 iyul. TELEQRAF

Bu gün saat 09:20 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"2005-ci il təvəllüdlü şəxsə (kişi) bədənin müxtəlif nahiyələrinin səthi travmaları diaqnozu təyin edilib. 1958-ci il təvəllüdlü pasiyentə (qadın) isə aşağı ətrafların səthi travmaları diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", məlumatda deyilib.

***

09:35

Mingəçevirdə ağır yol qəzası baş verib, yaralılar var.

Teleqraf-ın yerli bürosunun əldə etdiyi ilkin məlumata görə, hadisə az öncə şəhərin Gəncə şossesində baş verib.

2005-ci il təvəllüdlü sürücü Vüsal Salmanovun idarə etdiyi "BMW" markalı avtomobil idarəetməni itirərək, 1959-cu il təvəllüdlü piyada Ağayeva Ramella Şakir qızını vurub, daha sonra isə abtomobil aşıb. Sürücü və piyada yaralı halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.