BAKI, 17 iyul. TELEQRAF

Moskva vilayətinin Lyubertsı şəhərində "Rosqvardiya" əməkdaşları mağazadan ardıcıl olaraq yağ oğurlayan miqrantı saxlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Rosqvardiya"nın region üzrə Baş İdarəsi teleqramda məlumat yayıb.

Onun milliyyəti barədə məlumat verilmir.

İddia olunur ki, 33 yaşlı qonaq mağazaya əvvəlcə tutumlu bel çantası ilə daxil olub, içərisinə yağ paketləri doldurub, sonra isə malın pulunu ödəmədən yoxa çıxıb. O, ikinci dəfə peyda olanda mağaza işçiləri həyəcan siqnalını basıblar. Beləliklə, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq çıxışda oğrunu gözləyirmiş.

Oğurlanan ümumi məbləğ 30 min rubl təşkil edib. Adam iki cəhddə 40 bağlama məhsul çıxarıb.