BƏRDƏ, 15 iyul. TELEQRAF
Bərdədə mink avtomobili yanaraq yararsız hala düşüb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, rayon ərazisində hərəkətdə olan "Toyota" markalı 77 PK 752 dövlət nömrəli nişanlı avtomobil anidən alovlanıb.
Hadisə yerinə FHN-nin Bərdə Yanğından Mühafizə Xidmətinin əməkdaşları gələrək avtomobili söndürüb.
Minik avtomobilinin sürücüsü Amil adlı şəxs rayon ərazisində taksi xidməti kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı araşdırma aparılır.