AĞDAM, 15 iyul. TELEQRAF
Ağdam Musiqi Kollecinin külli miqdarda rüşvətə görə şərti məhkum edilmiş sabiq direktoru Rafail Musayev vəfat edib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, Rafail Musayev ötən gün yaşadığı evdə ölüb.
Məlumat üçün bildirək ki, Rafail Musayev 5 ilə yaxın Ağdam Musiqi Kollecinin direktoru işləyib. O, korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinirdi.
