GORANBOY, 15 iyul. TELEQRAF
Goranboy rayonunda baş verən yol qəzası zamanı dünyasını dəyişən piyadanın və sürücünün adları bəlli olub.
Teleqraf xəbər verir ki, bu gün Düzqışlaq kənd ərazisində qeydiyyatsız yaşayan 1964-cü il təvəllüdlü Gəncəli Əsgərovu Goranboy rayon Qaradağlı kənd sakini, 1965-ci il təvəllüdlü Sadıqov Qəzənfər Musa oğlu idarə etdiyi " Hundai" markalı avtomobillə vurub.
Sürücü yaralını dərhal şəxsi avtomobili ilə Gəncə şəhərinə xəstəxanaya aparıb. Gəncəli Əsgərov yolda vəfat edib.
Qəzənfər Sadıqov isə Gəncə şəhərinin girişində sükan arxasında ürək tutmasından dünyasını dəyişib.
***
00.00
Goranboy rayonunda piyadanı vuran şəxs sükan arxasında vəfat edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, "Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü ağır xəsarət alan piyada təcili tibbi yardım məqsədilə Gəncə şəhərindəki xəstəxanaya çatdırıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Həmçinin hadisəni törətməkdə şübhəli bilinən sürücü də dünyasını dəyişib. Onun infarkt keçirdiyi ehtimal edilir.
Hər iki şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.