BAKI, 14 iyul. TELEQRAF

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 1945-ci il təvəllüdlü Afət Əliyevanı maşın vurub.

Yaralı ətrafdakı insanların yardımı ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.