GƏNCƏ, 12 iyul. TELEQRAF

Gəncə şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza zamanı ata - 1958-ci il təvəllüdlü Valeh Xasıyev və onun oğlu 1990-cı il təvəllüdlü Sahib Xasıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.