BAKI, 10 iyul. TELEQRAF

Türkiyə polisi İstanbulun Şilə rayon bələdiyyəsinin sədri Özgür Kabadayını saxlayıb.

Teleqraf "Hurriyet"ə istinadən xəbər verir ki, Şilə bələdiyyə sədri İstanbul Polis İdarəsinin Maliyyə Cinayətlərinə qarşı Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb.

Əməliyyat bu gün səhər saatlarında həyata keçirilib.

Əməliyyat zamanı Özgür Kabadayı ilə yanaşı bir neçə nəfər saxlanılıb.

Bələdiyyə sədri Cümhuriyyət Xalq Partiyasının üzvüdür.