GƏNCƏ, 10 iyul. TELEQRAF

Gəncədə 18 yaşlı şəxs borc üstündə bıçaqlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Hüseyn Hüseynov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir. İlkin məlumata görə, H. Hüseynov işlədiyi işin pulunu tələb edib. Bu zaman o bıçaqlanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.