
DAŞKƏSƏN, 5 iyul. TELEQRAF
Daşkəsən rayonunda 21 yaşlı İilkin Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən, 20 yaşlı Gəncə şəhər sakini Elçin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
***
2025.07.05 23:34
Daşkəsəndə 21 yaşlı İlkin Məmmədovun qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Xoşbulaq kəndində baş verib. İ. Məmmədov qarın və baldır nahiyyəsindən iki bıçaq zərbəsi alıb.
O, Daşkəsən rayon Mərkəzi Xəstəxanasından Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə adıçəkilən şəxs Xoşbulaq kəndinə istirahətə gedib. İ. Məmmədov Gəncə şəhəri Şahsevənlər massivi Mikayıl Müşviq küçəsində qeydiyyatdadır.
***
22:51
Daşkəsən rayonunda 21 yaşlı şəxs qətlə yetirilib.
Teleqraf-ın yerli bürosi xəbər verir ki, Gəncə şəhər sakini 2004 cü il təvəllüdlü İlkin Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona ilkin yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.