
BAKI, 5 iyul. TELEQRAF
Müğənni Albina Pyakşeva ABŞ-də qətlə yetirilməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.
Teleqraf xəbər verir ki, Albina Pyakşeva sosial media hesabında bu sözləri yazıb: "Narahat olan hər kəsə təşəkkürümü bildirirəm. Çalışın, ağzınızdan çıxan sözlər doğru olsun. Bu, Allaha da xoşdur və sizin özünüz üçün də çox faydalıdır. Şər, böhtan yayanların sırasında olmayın, diqqətli və təmiz olun. Mən isə çox yaxşıyam, narahat olmağa dəyməz. Əgər məni Meksikada güllələnmiş biri kimi görüb, dərhal inanmısınızsa, deməli, məni heç tanımamısınız. Əsas odur ki, əvvəlcə özünüzü tanıyın”.
***
21:19
Azərbaycanlı müğənni Albina Pyakşevanın ABŞ-də qətlə yetirilməsi xəbəri təkzib olunub.
Teleqraf xəbər verir ki, xəbəri ilk yayanlardan biri olan Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumatın yanlış olduğunu bildirib və üzr istəyib.
***
19:23
Azərbaycanlı müğənni Albina Pyakşeva qətlə yetirilib.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumat verib.
“Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman” müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” (“Azərbaycanın səsi”) proqramında iştirak edib.