DAŞKƏSƏN, 26 iyun. TELEQRAF

Daşkəsən rayonunda hərbçinin ölümünə səbəb olan yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayon mərkəzindən Xoşbulaqa gedən yolda qeydə alınıb.

Azərbaycan Ordusunun giziri, Zaqatala rayon sakini 1986-cı il təvəllüdlü Sabit Əsgərovun idarə etdiyi "URAL" markalı avtomobil aşıb.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.