BAKI, 16 iyun. TELEQRAF
Bakıda zəncirvari yol qəzası baş verib.
Teleqraf-ın xəbərinə görə, hadisə Nərimanov və Nəsimi rayonlarının kəsişməsində - Atatürk prospektinin Dədə Qorqud parkı yaxınlığından keçən hissəsində qeydə alınıb.
Bir neçə avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada maşınlar ziyan görüb. İlkin məlumata görə hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.