Eyvandan düşən heykəl turisti öldürüb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə İtaliyanın Neapol şəhərində baş verib.

Belə ki, üzərinə heykəl düşən 30 yaşlı qadın turist kəllə-beyin travması alıb. Ətrafdakılar onu xəstəxaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.