ABŞ-nin Corciya ştatında məktəbdə atışma nəticəsində azı 4 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bununla yanaşı, 30-a yaxın adam yaralanıb.

Telekanalın məlumatına görə, Barrou qraflığında bütün məktəblər müvəqqəti bağlanıb, təhlükəsizlik məqsədilə oraya polis əməkdaşları göndərilib.

Hadisənin səbəbi açıqlanmır.