Rusiyada adam öldürməkdə təqsirli bilinən ABŞ vətəndaşı axtarışa verilib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Avqustun 22-də binanın girişində qadın meyiti tapılıb. Bundan sonra qurbanın dostu, amerikalı Jared Alexander Chopelas federal axtarışa verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda polis axtarışda olan şəxslə cinayət qurbanı arasında əlaqəni müəyyənləşdirir.