Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində ağır xəsarətlər alan 1955-ci il təvəllüdlü Zülfüqar Əliyev vəfat edib.

2001-ci il təvəllüdlü Əmrah Vəliyev, 1990-cı il təvəllüdlü, Asif Əliyev, 1995-ci il təvəllüdlü Bayram Zeynalov və 1988-ci il təvəllüdlü Röyal Sadıqov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.