Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vəsatət təmin edilməyib.

Qeyd edək ki, fevralın 20-də Fazil Qasımovun həbsdə saxlama müddətini daha 3 aya qədər uzadıb. Bundan əvvəl isə onun barəsində 3 ay müddətə həbs qətimkan tədibiri seçilimişdi.

Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu FETÖ ilə əlaqəli olmaqda ittiham olunub.

Qubad İbadoğlunun bir müddət əvvəl vəsatəti təmin edilib və o, ev dustaqlığına buraxılıb.