“Məclis.info” saytının rəhbəri İmran Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Xətai Rayon Məhkəməsində təqdimat təmin olunub.

Qərara əsasən İmran Əliyevin barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sayt rəhbəri İmran Əliyev aprelin 18-də hava limanında saxlanılıb.

İmran Əliyev "Abzas media işi" ilə əlaqədar barəsində cinayət işi başlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 206. 3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.