ABŞ-də silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Hadisə Nevada ştatının Las-Veqas şəhərindəki ofisdə qeydə alınıb.

Atışmada üç nəfər ölüb.

Dərhal hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları ofisin yerləşdiyi binadan insanları təxliyə ediblər.

Polis ictimaiyyət üçün əlavə təhlükə olmadığını söyləyib.