Naxçıvanda gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlunu bıçaqlamaqda şübhəli bilinən 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu artıq saxlanılıb.

Qeyd edək ki, hadisə dünən olub. Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.

***

02.03.2024

22:53

Naxçıvanda 19 yaşlı gənc bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlu bıçaq xəsarəti alıb.

O, Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

İsmayıl Abbaslıya Şərur rayon Cəlilkənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu xəsarət yetirməkdə şübhəli bilinir.

Fakt araşdırılır.