Bərdə sakini qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Güloğlular kəndi ərazisində qeydə alınıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.