Bakıda narkotik alverində ittiham olunaraq həbs olunan Vüqar İsmayılovun barəsində olan məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Məhkəmədə Vüqar İsmayılovun əməli sübuta yetirilməyib və ona bəraət verilib.

Qeyd edək ki, Vüqar İsmayılov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunurdu.