Yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşları tərəfindən Ə.Mehdiyev tədbirlərlə saxlanıldı.
Araşdırma aparılır.
***
Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri axtarışa verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşları tərəfindən Ə.Mehdiyevin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.