Bakının Xəzər rayonunda gənc oğlan balta xəsarətləri alıb.

Teleqraf.com xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Beynəlxalq hava limanının parklama yerində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlu qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət alıb.

Qayınatası ona bir neçə balta zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.